London Klubu

borclu ölkələrlə danışıqların aparılması,razılıqların əldə olunması məqsədilə beynəlxalq səviyyədə kreditor kommersiya banklarının birliyi, klubu.
London Banklararası Təklif Üzrə Faiz Dərəcəsi
Loro
OBASTAN VİKİ
.london
.london — domen zonası. Bu domen zonası ilə bağlı müqavilə "ICANN" ilə "Dot London Domains Ltd" şirkəti arasında 2013-cü ilin noyabrın ortalarında imzalanmışdır. Saytların ".london" zonasında qeydiyyatdan keçirilməsinə 29 aprel 2014-cü ildən etibarən başlanılmışdır. Amma ilk üç ayda Londonda fəaliyyət göstərən təşkilat və brend sahiblərinə üstünlük verilməsi planlaşdırılmışdır. London şəhərinin meri Boris Conson müvafiq domen zonasının fəaliyyətə başlaması ilə bağlı bildirmişdir kiː ".london" domeninin işə salınması Londonun internetdə populyarlaşması üçün çox gözəl imkan olacaq ki, bu da şəhər iqtisadiyyatına qoyulacaq investisiyaların artması ilə nəticələnəcək.
London
London (ing. London [ˈlʌndən], lat. Londinium) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci, Avropa İttifaqında isə 1-ci yeri tutur. Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur. == Adı == London təqribən 2 min il öncə Romalılar tərəfindən qurulmuşdur. E.ə. 43-cü ildə Roma İmperatorluğu Böyük Britaniyanı işğal etdikdən sonra şəhər Londonium adı ilə qurulmuşdur.
Bilderberq klubu
Bilderberq klubu (ing. Bilderberg Club), Bilderberq qrupu (ing. Bilderberg Group), Bilderberq konfransı (ing. Bilderberg conference), Bilderberq toplantıları (ing. Bilderberg meetings) — dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı. Klubun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir. == Tarixi == Klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub. Qrup öz adını da buradan götürüb. Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib. İlk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar.
Futbol klubu
Futbol komandası və ya futbol klubu — müəyyən büdcəyə sahib olan və büdcəsi ilə futbol yarışlarına qatılıb futbol rəqabətini gücləndirən qurumlar. Klublar faktiki olaraq futbol rəqabətinin əsasını təşkil edirlər. == Tarix == Dünyada ilk futbol klubu 1857-ci ildə yaradılan Şeffild şəhərinin təmsilçisi "Şeffild" olmuşdur.
Gecə klubu
Gecə klubu — hamının üzünə açıq olan musiqili, içkili musiqi məkanı və əyləncə məkanı, insanların əylənmək məqsədi ilə getdikləri, musiqi sədaları altında rəqs edilən, spirtli içkilər qəbul edilən və ümumiyyətlə gecədən səhərə qədər açıq qalan musiqi məkanlarıdırlar. Gecə klubu adətən rəqs meydançası, lazer işıq şousu və disk jokey (DJ) üçün səhnədən ibarət əyləncə məkanıdır. “Gecə klubu”nun adı zamanla dəyişikliklərə məruz qalmışdır. Əvvəlcə disko və ya diskoteka adlandırılan bu yerlər hal-hazırda gecə klubları və ya sadəcə olaraq klub adlandırılırlar. Gecə klubu işlətmək istəyən, bu sahədə fəaliyyət göstərmək istəyən, tütün məmulatlarının, alkoqollu içkilərin və spirtli içkilərin satışı ilə məşğul olmaq istəyən şəxslər və təşkilatlar müəssisənin yerləşdiyi yerin mərkəzi rəhbərliyindən icazə şəhadətnaməsi almalı və lazımi auditorlar tərəfindən biznesin yoxlanılmasına və bu sahədə fəaliyyət göstərmək üçün icazə alınmasına hüquqi baxımdan əsas verən hüquqi sənədlər əldə etməlidirlər. Bu qanunun tətbiq olunduğu ölkələrdən biri olan Türkiyədə də TAPDK-nın icazəsi olmadan alkoqol və tütün məmulatlarının satıldığı yerlərə fəaliyyət göstərmək hüququ verilmir. İlk gecə klubları 1840-1850-ci illərdə Nyu Yorkda yaradılmışdır. Onlar canlı musiqi, rəqs və vodevil çıxışları ilə milli şöhrətə malik idilər.
Gridiron Klubu
Gridiron Klubu (ing. Gridiron Club and Foundation) — Vaşinqtonun ən prestijli jurnalist təşkilatlarından biri. 1885-ci ildə yaradılmışdır.
Paris Klubu
Paris Klubu -(fr. Club de Paris) kreditor- dövlətləri (“böyük səkkizlər”, üstəgəl Avstriya, Niderland, Belçika, İspaniya, Norveç, İsveç, İsveçrə) birləşdirən beynəlxalq təşkilat; suveren borc alanlara kreditlərin şərtlərinin yenidən baxılması məsələlərini müzakirə etmək üçün kreditor ölkələrin qeyri-formal təşkilatıdır. Paris Klubu 1956-cı ildə yaradılmışdır. {{columns-list|3| Paris Klubunun hal-hazırda 22 daimi üzvü vardır. Beynəlxalq Valyuta Fondu (BVF) ilə sıx əməkdaşlıqda fəaliyyət göstərir. Əgər hər hansı bir borclu dövlət iqtisadi çətinliklərə məruz qalaraq (xüsusilə, tədiyə balansının tarazlaşdırılması üçün) BVF himayəsi altında “sağlamlaşma proqramı” həyata keçirməyə başlayarsa, Paris klubu həmin ölkənin hökuməti ilə birgə onun xarici dövlət borcunun restrukturlaşdırılması haqqında razılaşma işləyib hazırlayır. Nəticədə əmtəə və kapitalın idxalının həcmini azaltmadan tədiyə balansının passiv saldosunu azaltmaq imkanı yaranır.
Traktor Klubu
Traktor Təbriz Futbol Klubu, həmçinin Tirəxtur və ya Traxtur (farsca rəsmi adı: باشگاه فرهنگی ورزشی اقتصادی تراکتور‎, Bâšgâh-e Farhangi Varzeši Eqtesâdi-ye Terâktor, İqtisadi Mədəni-İdman Klubu) — Cənubi Azərbaycanın Təbriz şəhərinin İran milli futbol çempionatında iştirak edən futbol komandası. 1968-ci ildə Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu nəzdində yaradılmış, 2011-ci ildən müstəqil klubdur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirmişdir. Komanda 1970-ci ildə yaradılmışdır. Traktor 1975-ci ildə İranın Təxticəmşid adlı birinci divizion çempionatına yüksəldi. Həmin il 16 klub arasında 16-cı yeri tutur və ikinci diviziona düşür. Ancaq Traktor kulubu 1977-ci ildə yenə birinci diviziona yüksələ bilir və 5-ci yeri tutur. Traktor 1978/79 mövsümündə də TəxtiCəmşid çempionatında hazır idi və İran islam inqilabı baş verən zamanadək 9-cu yeri tuturdu. 1978-ci ildə İranın Federasiya çempionatında ilk dəfə bu yarışmalar keçirilirdi- ikinci yeri qazandı.
Vinks klubu
Winx Club — İginiyo Straffi tərəfindən yaradılan animasiyalı İtalyan cizgi filmidir. Yaradıcı şirkəti isə Reynbou S.p.A-dır. İlk seriyasını 28 yanvar 2004-də ekrana buraxıb. Rəsmi kanalları Rey2 və ReyQalp olmuş, 5-ci fəsil isə Nikeledeon uşaq kanalında izlənilmişdir. Dünya üzərində 131 ölkədə izlənmiş və 14 dilə tərcümə olunmuşdur. Blum –Qırmızı saçlı pəridir. Cizgi filmin baş rolunda çıxış edən pəri olaraq güclərinin mənbəyi əjdaha atəşi və onun qoruyucusudur. Əvvəl Yer planetindən gəldiyi təxmin olunsa da, keçmişdə yoxa çıxmış Domino krallığın son varisi olmağı üzə çıxır. Onun ev heyvanı Kiko adlı dovşandır.Pəri heyvanı elısdır. Piksisi Loketdir.
İtirənlər klubu
"İtirənlər klubu" 2010-cu ildə ekranlaşdırılmış komediya-dram janrındakı türk filmidir. Rejissoru Tolga Örnek , ssenari müəllifləri Mehmet Ada Öztekin və Tolga Örnekdir. Film 1996–2001-ci illərdə Kent FM-də yayımlanan "Kaybedenler Kulübü" adlı radio proqramı əsasında çəkilib. Filmdə "Kaybedenler Kulübü" adlanan radio proqram və həmin proqramın aparıcıları Kaan ilə Metenin həyatlarından bəhs olunur. Təqdim olunduğu ilk üç gün ərzində 65.789 nəfər tərəfindən izlənərək 666.091 TL gəlir gətirmişdi. Bundan əlavə olaraq, film təqdim olunmamışdan əvvəl və təqdimatdan sonra film haqda məlumat verilən " Kaybedenlerr Kulübü- filmin öyküsü" adlı bir kitab nəşr edilib. Kaan Uilliam Nleyk və Roland Bartzisin əsərlərini, kiminsə "oxumadığı kitablar"ı nəşr etdirən Altıkırkbeş Nəşriyyatının sahibidir. Mete isə Kadlköydə bir barın sahibi və val və efemer kolleksiyaçısıdır. 1990-cu illərin ortalarında Kent FM adlı radio stansiyasında Kaybedenler Kulübü adlı bir proqram hazırlamağa başlayırlar və bu proqramı sanki bir yerdə oturmuş sadəcə söhbət edirlər və kimsə onları eşitmir kimi aparırlar. Qadınlar, ədəbiyyat və Kadıköy küçələri də daxil olmaqla bir çox mövzulardan danışırlar, lakin ilk vaxtlar proqram heç kimin diqqətini çəkmir.
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. == Əhalisi == == Sərhədləri == === 1963-cü il London idarəetmə qanunu === 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. === Milli Statistika Xidməti === Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
London Assambleyası
London Assambleyası (ing. London Assembly) — Böyük London administrasiyanın hissəsi olan seçilmiş orqandır.
London Muzeyi
London Muzeyi (ing. Museum of London) — İngiltərənin paytaxtı Londonda, paleolit dövründen başlayaraq günümüzə qədər şəhərin keçmişi ilə əlaqədar elementlərin toplandığı muzey. Müqəddəs Pavel kilsəsinin yaxınlığında yerləşir və giriş pulsuzdur. Müasir muzeyçilik anlayışı ilə hər yaş seqmentinə xitab edən bir şəkildə qurulmuşdur.
London Terreys
London Terreys (ing. London Terrace) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonunda yerləşən çoxmənzilli ev. O, Manhettenin Vest Sayd rayonun bütöv şəhər kvartalını əhatə edir, şərqdən Doqquzuncu prospektlə, qərbdən Onuncu prospektlə, cənubdan 23-cü küçə və şimaldan 24-cü küçə ilə sərhədlənir. Tikintisi 1929-cu ilin sonlarında başladı və ümumi xərci 25 milyon dollar (2019-cu ilə görə, 372.238.000 dollara bərabər) etdi, o dövr üçün dünyanın ən böyük mənzil binası olmuşdur. London Terreys binası 17-19 mərtəbə hündürlüyündə olan 14 bitişik binada yerləşən təxminən 1700 mənzildən ibarətdir və orada Olimpiya ölçülü hovuz var. London Terreys "Henry Mandel Companies" və "Farrar & Watmough" memarlıq firması tərəfindən inşa edilmişdir. Bina hazırda iki ayrı müəssisə tərəfindən idarə olunur. London Terreys Tauer hazırda kooperativ şəkildə idarə olunur və idarəçiliyi "Douglas Elliman Property Management" təmin edir, London Terreys Qardensi isə hazırda icarə binasıdır və "Rose Associates" tərəfindən idarə olunur.
London birjası
London birjası (ing. London Stock Exchange) — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri. == Tarixi == Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir.İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır. == FTSE 100 Index == FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir. 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.
London borosu
London borosu - Böyük Londonun 33 inzibati bölgəsindən 32-ni ifadə edən inzibati termindir. Borolarda yerli xidmətlərin təmin edilməsi üçün London Boroları Şurası fəaliyyət göstərir ki, orada da yerli hakimiyyət nümayəndələri təmsil olunurlar. Boro olmayan yeganə inzibati bölmə London şəhəridir ki, həmin ərazi də praktiki məqsədlər üçün şəhər kimi saxlanmışdır. Borolar Böyük Londonun yaradılması ilə eyni vaxta, 1 aprel 1965-ci ildə yaradılmışlar və London borolarında 150,000-dən 300,000-ə kimi əhali yaşayır ki, bu da İngiltərə şəhərlərinin ekvivalentidir. London borolarında şura, yerli özünüidarə orqanlarının əsas xidmətlərini həyata keçirir, lakin siyasi həll tələb edən məsələlərə (məsələn, planlaşdırma, nəqliyyat və ya infrastruktur), həmçinin Böyük London administrasiyası tərəfindən həyata keçirilən London meri seçkilərinə qarışmır. Hər bir boro təxmini bərabər əhali sayına malik seçici bölgələrinə bölünür, İngiltərə Sərhəd Komissiyası 8-12 ildən bir yeni məclis üzvlərinin seçilməsi üçün bölgələrin ərazilərinə yenidən baxır. Bölgələrin hər biri ənənəvi olaraq üç, çox az hissəsi isə bir və ya iki məclis üzvü ilə təmsil olunur, məclis üzvü az olan bölgələr əhali sıxlığı aşağı olan yerlərdir. Məclis üzvlərinin seçkisi dörd ildən bir keçirilir. 2014-cü ildə London yerli seçkilərində 20 Leyborist, 10-u isə Mühafizəkarlar və ya Liberal Demokratlardan olmaqla məclis üzvləri seçilmişlər, digər iki yer isə palatalararası əlaqənin labüd olduğu və “heç kimin nəzarət etmədiyi” yerlərdir. Məclisin indiki tərkibi bir neçə kiçik seçkidən sonra formalaşmışdır.
London körpüsü
London körpüsü (ing. London Bridge) — İngiltərənin paytaxtı London şəhərində, Temza çayı üzərində yerləşən körpü. Körpünün əsası eramızın 50-ci ilində qoyulsa da müasir London körpüsü 1973-cü ildə istifadə verilmişdir. == Tarixi == Körpü şəhər mərkəzi ilə Soutvark səmti arasında yerləşir. 1750-ci ilə qədər Temza çayı üzərində yeganə körpü olmuşdur. Körpünün şimalında Böyük London Yanğınınan həsr olunmuş abidə yerləşir. Körpünün əsasını 2000 il əvvəl romalılar qoymuşdur. 60-cı illərdə taxta körpü ilk dəfə Temza çayının iki sahilini birləşdirmişdir. Bir çox dəfə yıxılıb tikilən körpü 1000-ci ildən başlayaraq üzərində ev tikilmək üçün istifadə olunmağa başlanmışdır. Bu evlər əsasən varlılara mənsub olmuşdur.
London meri
London meri - London Assambleyasının 25 üzvü tərəfindən seçilən və Böyük Londonda icra hakimiyyətinə rəhbərlik edən şəxsdir. London merini Londonun lord-meriylə qarışdırmaq lazım deyil, lord-merin vəzifəsi daha çox simvolik xarakter daşıyır və Londonun Siti hissəsiylə məhdudlaşır. Mer birbaşa səsverməylə dörd il müddətinə seçilir. London merinin illik maaşı 151,734 funtsterlinqdir. Hal-hazırda bu vəzifəni Leyboristlər Partiyasından olan Sadiq Xan (ing. Sadiq Aman Khan) icra edir. == Hakimiyyət == London şəhərində Bələdiyyə Başçısı səlahiyyətləri 2000-ci ildə yaradılmışdır Bələdiyyə Başçısı icra hakimiyyətinə rəhbərlik edir , şəhərin hərtərəfli inkişafı üçün plan təqdim edir , büdcənin qəbul edilməsində iştirak edir. Dörd il muddətinə seçilir.
London metropoliteni
London metropoliteni — Böyük Britaniyanın paytaxtı London şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi.
London metrosu
London metropoliteni — Böyük Britaniyanın paytaxtı London şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi.
London müqaviləsi
London müqaviləsi (ing. Trearty of London) — 1604-cü ilin 28 avqustunda (Yuli təqvimi ilə 18 avqust) London şəhərində İngiltərə və İspaniya arasında imzalanan sülh müqaviləsi. Müqavilə İngiltərə ilə İspaniya arasındakı müharibəni bitirmişdir. Müqavilənin müzakirələri Somerset Evində aparıldığından Somerset Evi Konfransı adı ilə xatırlanır. == Haqqında == İngiltərə kraliçası I Elizabetin 1603-cü ildəki ölümündən sonra yerinə keçən I Ceyms İspaniya ilə davam edən uzun və yorucu müharibəni bitirmək məqsədilə işlərə başladı. İspaniya İmperatorluğunun qurucusu olan II Filippin dövründə başlayan müharibədə həmin dövrdə orduya komandanlıq edən İspaniya kralı III Filipp bu xəbəri məmnuniyyətlə qarşılamış və danışıqlara başlamaq əmri vermişdir. İngiltərə-İspaniya müharibəsi Fransız Din müharibələri, Hollandiyadakı Səksənillik müharibə, İrlandiyadakı Doqquz il müharibəsi ilə əlaqəli olub qarışıq müharibədir. == Şərtləri == Müqavilənin imzalanması ispanlar üçün xeyli üstünlük gətirirdi. İngilislər bir daha İspaniyanın ticarət gəmilərinə hücum etməyəcək və üsyançı hollandlara silah yardımı etməyəcəkdilər. Amma bunun qarşılığında İspaniya İngiltərəyə yenidən katolik məzhəbini gətirməyi çalışmamağı söz verdi.
London qalası
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
London qəsri
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
London sindromu
London Sindromu bu sindroma tutulan insan, onu əsir götürən şəxs və ya şəxslərə qəzəbli, aqressiv və davakar bir davranışla yaxınlaşır. 1980-ci ildə İranın Londondakı səfirliyinin mühasirəsi zamanı Abbas Lavasani adlı əsir, onu tutduğu şəxslə əməkdaşlıq etmək əvəzinə onunla davamlı mübahisə etdi. Lavasani özünü əsir götürən insanlarla çox mübahisə etdiyinə görə öldürüldü və ölümü digər əsirlərin özlərini əsir götürənlərə qarşı daha da aqressiv olmaları ilə nəticələndi.
London zooparkı
London zooparkı (ing. London Zoo) — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur. == Haqqında == London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır. İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır. Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi.